Limmud-da paralel olaraq bir neçə sessiyalar var ki, iştirakçı öz seçiminə uyğun olaraq qoşulur və müxtəlif yaşlarda olan uşaqlar üçün ayrıca uşaq proqramı var. Sessiyaların aparıcıları müxtəlif peşə sahibləridir: siyasətçilər, elm adamları, jurnalistlər, iş adamları, psixoloqlar, incəsənət və mədəniyyət xadimləri və s. Bundan əlavə, istiyən hər bir kəs Limmud-da öz sessiyasını elan edə bilər.
Limmudun formatı ona görə unikaldır ki, konfranslar əsasən könüllülər tərəfindən təşkil olunur və onlar öz bölgələrinin icmaları üçün ən maraqlı proqram yaradırlar. Sessiya moderatorları bunu könüllülük əsasında həyata keçirirlər.