Əlaqə saxlayın Phone
Mail
Telegram
WhatsApp
Limmud Bakı 2026
12 iyul
Şəhər mərkəzində yerləşən otel
12 iyul 2026-cı ildə Limmud Bakı yenidən insanları, ideyaları və ilhamı bir araya gətirəcək.
Hər dəfə yenidən yaşamaq istədiyiniz o özünəməxsus atmosfer bu il də bizi birləşdirəcək.
Limmud Bakı 2026-nın bir hissəsinə çevrilin — hər kəsin özünə yaxın bir fikir, yeni bir ilham və unudulmaz anlar tapacağı xüsusi bir məkan.
Ən aktual və maraqlı mühazirələr, qeyri-adi master -klasslar, intellektual oyunlar, parlaq və enerjili axşam proqramı — bütün bunlar Limmud tədbirlərinin ayrılmaz hissəsidir və bizi çox yaxında gözləyir.

Limmud-a vaxtını dəyərləndirməyi bacaran, onu həm maraqlı, həm də faydalı keçirmək istəyən insanlar gəlir. Yeni biliklərə, təəssüratlara, təcrübəyə, emosiyalara, tanışlıqlara və sonsuz ünsiyyətə açıq olan insanlar.

Limmud-da hər kəs öz gününü özü yaradır: hara gedəcəyini, nə dinləyəcəyini, nə öyrənəcəyini və özü ilə hansı təəssüratları aparacağını özü seçir.
Hər bir iştirakçının хoş təəssuratlarla dolu unudulmaz səyahəti - Limmud 2026-də görüşənədək!
Samira Süleymanova
Limmud Bakı Koordinatoru
+994505317809
samira.suleymanova@limmudfsu.org
LIMMUD BAKU 2026-da iştirak etmək üçün qeydiyyat formasını doldurun. Bundan sonra siz ödəniş səhifəsinə yönləndiriləcəksiniz.
Nəzərinizə çatdırırıq ki, tədbir günü giriş biletləri yerində satışda olmayacaq.
İştirak haqqı qeydiyyat tarixindən asılıdır — 15 iyuna qədər Early Bird xüsusi qiymətləri ilə biletləri əldə etməyə tələsin!
EARLY BIRD (15 iyuna qədər)
* Böyüklər üçün bilet — 50 AZN
* Uşaq bileti — 25 AZN
* Ailə bileti (valideynlər və uşaqlar) — 150 AZN

Standart qiymətlər (16 iyundan etibarən)
* Böyüklər üçün bilet — 70 AZN
* Uşaq bileti — 25 AZN
* Ailə bileti (valideynlər və uşaqlar) — 190 AZN
Limmud-da sizi seçim imkanları ilə zəngin proqram gözləyir: mühazirələr, vorkşoplar, ustad dərsləri, intellektual oyunlar, musiqi proqramı, nahar və şam yeməyi. Konfrans zamanı təqdim olunan bütün yeməklər koşer olacaq.

Bu il biz uşaqlar üçün ayrıca proqram təqdim etməkdən məmnunuq — maraqlı fəaliyyətlər və məşğələlərlə dolu xüsusi proqram hazırlanıb. Vacib qeyd: qruplar Limmud-a qeydiyyatdan keçən iştirakçılara uyğun formalaşdırılacaq. Hər yaş qrupu təcrübəli rəhbərlərin müşayiəti ilə olacaq və uşaqların yaşına uyğun müxtəlif fəaliyyətləri əhatə edəcək.

Tədbir Bakı şəhərinin mərkəzində yerləşən oteldə keçiriləcək. Təhlükəsizlik məqsədilə dəqiq məkan yalnız qeydiyyatdan keçmiş iştirakçılara tədbirdən bir neçə gün əvvəl göndəriləcək.

Ödəniş Yigim sistemi vasitəsilə kartla və ya nağd şəkildə mümkündür (ətraflı məlumat ödəniş səhifəsində göstəriləcək). İştirak haqqı öncədən ödənilməlidir — tədbir günü bilet satışı olmayacaq.

Qeydiyyat zamanı sizdən şəxsiyyət vəsiqəsinin surətini və ya fotosunu əlavə etməyiniz xahiş olunacaq — bu, tədbirin təhlükəsizliyinin təmin olunması üçün vacibdir.
Qeydiyyat:
© 2026 Bütün hüquqlar qorunub. Limmud.
Məxvilik siyasəti